TÜRKSOY-un “Opera Günləri”
İyunun 5-də Türkiyənin
Samsun şəhərində TÜRKSOY təşkilatının
ənənəvi “Opera Günləri”nə start verilib.
Bu il 16-cı dəfə gerçəkləşən klassik musiqi bayramı Qazaxıstan bəstəkarı Mukan Tölebayevin xatirəsinə həsr olunub. TÜRKSOY 2013-cü ili böyük qazax bəstəkarının 100 illiyi ilə əlaqədar olaraq “Mukan Tölebayev ili” elan edib.
Festivalın açılış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Dusen Kaseinov Mukan Tölebayevin türk dünyasının opera musiqisinin inkişafında oynadığı roldan bəhs edib. Qeyd olunub ki, bu ilin payızında bəstəkarın “Birjan və Sara” operası təqdim olunacaq.
16-cı “Opera Günləri”ndə türk dünyasının 8 ölkəsindən 12 solist iştirak edir. Azərbaycandan Səbinə Vahabzadə, Qazaxıstandan Aslima Maktaqulova, Xalid Nuraliyev, Yelena Filinkova, Qırğızıstandan Kunduz Karıppayeva, Türkiyədən Barış Yanç və Nona Çuçkurudze, Şimali Kiprdən Ənvər Tope, Tatarıstandan Rigina Vəliyeva, Başqırdıstandan Zakir Vəliyev və Lyubov Butorina, Tuvadan Damırak Monquş sənət bayramına qatılıb.
“Opera Günləri” iyunun
6-da Türkiyənin Ordu şəhərində,
7-də Giresunda, 8-də Trabzonda,
iyunun 11-də isə Ankarada
davam edib. Festival iyunun 14-də Şimali Kiprin Girnə
şəhərində başa çatacaq.
Mədəniyyət.- 2013.- 12 iyun.-
S. 8.